Saytımızı qiymətləndirin


 
 

İrəvan Bakıdan qaz alarsa, enerji asılılığı revanşizmə sədd OLACAQ
Tarix: 26-04-2024 | Saat: 14:45
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

İrəvan Bakıdan qaz alarsa, enerji asılılığı revanşizmə sədd OLACAQ

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirlən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda bildirib ki, normallaşma prosesindən və sülh müqaviləsi imzalanandan sonra Azərbaycan Ermənistana da qaz sata bilər.

Azərbaycan Prezidentinin bu açıqlamasına Ermənistan tərəfi dünən dərhal müsbət reaksiya verib.


Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, rəsmi İərvan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.

Qarabaqinfo.az məlumatına görə, iki dövlət arasında qaz ticarətinin püerspektivini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər. Onun sözlərinə görə, qaz nəqli üçün köhnə infrastruktur var və onun sadəcə cari təmirə ehtiyac duyulur:

“Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, təqribən 85% qaz tələbatını Rusiya ödəyib, yerdə qalan 15%-ə yaxın qazı isə İrandan alır. Ermənistanın bütün qaz infrastrukturu “Qazprom Ermənistan” şirkətinə məxsusdur, bu şirkətin 100% səhmləri Rusiyanın “Qazprom” şirkətinə aiddir. Bundan başqa, Ermənistanın daxili qaz boru kəmərlərinin də sahibi Rusiyadır. Rusiya Ermənistana qazı hər 1000 m3 üçün 165 dollara satır – kifayət qədər ucuz qiymətdir, amma burada başqa amil var: Rusiyanın “Qazprom” şirkəti özünün sahibi olduğu “Qazprom Ermənistan” şirkətinə qazı 165 dollara satır, həmin şirkət isə Ermənistanda əhali və sənayenin əsas təhcizatçısıdır – yəni, hər 1000 m3 üçün 165 dollar əhaliyə, sənayeyə satılan qiymət deyil. “Qazprom Ermənistan” əhaliyə qazı, təqribən, 2 qat artıq qiymətə satır, yəni bütün infrastrukrur əlindədir deyə, “Qazprom” özü-özünə qazı topdan ucuz satır, amma pərakəndə qiyməti baha olduğu üçün əsas qazancını o sahədən götürür”.

N.Cəfərli bildirib ki, Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür.

“Ona görə də rəsmi İrəvan alternativ qaz mənbəələri axtarır. İrandan çəkilən boru xətti çox kiçik diametrə malikdir deyə, tam gücü ilə işləsə, ilə maksimum 700-800 mln. m3 qaz tədarük edə bilər. İran qazı Ermənistana daha baha satır, o qaz elektrik enerjisi istehsalı üçün istifadə edilir”.
 

Ekspertin fikrincə, bu kontekstdə Ermənistanın Azərbaycandan qaz almasına müsbət yanaşması maraqlı və doğru məsələdir:

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər - infrastruktur var, cari təmirə ehtiyac olacaq. Ümumiyyətlə, Ermənistanla qarılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, bu, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər.

Ermənistan, nəhayət ki, mifiq ideyalardan əl çəkib reallığı qəbul etməli, doğrudan da, tarixi Ermənistanı unudub, real sərhədlərinin təminatı haqqında düşünməlidir – bunun üçün tarixi, unikal şans yaranıb”.



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər