Saytımızı qiymətləndirin


 
 

Neftin qiyməti kəskin ucuzlaşdı -  Yenilənib
Tarix: 09-03-2020 | Saat: 10:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Neftin qiyməti kəskin ucuzlaşdı

 

 "Brent” markalı neftin qiyməti ucuzlaşaraq bir barrelə görə 32,28 dollar olub.

"Qarabaginfo" xəbər verir ki, “qara qızıl”ın may fyuçerslərinin qiyməti 28,69% azalıb.

WTI markalı neft isə 31,35% ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub.

Qeyd edək ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub. 

"Blumberq" nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki müharibədən sonra kəskin azalma adlandırıb. 

“Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barrelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.

***

London birjalarında “qara qızıl”ın qiyməti azalmaqda davam edir. Bu saata olan göstəricilərə əsasən, “Brent” markalı neft 42,6% ucuzlaşma ilə bir barrelə görə 31,74 dollar olub. WTI markalı neft isə 48,9% ucuzlaşma ilə bir barrelə görə 27,72 dollar olub.

 

 



Xəbəri paylaş

403 dəfə oxunub.

Digər xəbərlər