Ana Sayfa > Karusel / Siyasət > Neftin qiyməti kəskin ucuzlaşdı -
Neftin qiyməti kəskin ucuzlaşdı -9-03-2020, 10:46. Yazar: Admin |
"Brent” markalı neftin qiyməti ucuzlaşaraq bir barrelə görə 32,28 dollar olub. "Qarabaginfo" xəbər verir ki, “qara qızıl”ın may fyuçerslərinin qiyməti 28,69% azalıb. WTI markalı neft isə 31,35% ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub. Qeyd edək ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub. "Blumberq" nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki müharibədən sonra kəskin azalma adlandırıb. “Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barrelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər. *** London birjalarında “qara qızıl”ın qiyməti azalmaqda davam edir. Bu saata olan göstəricilərə əsasən, “Brent” markalı neft 42,6% ucuzlaşma ilə bir barrelə görə 31,74 dollar olub. WTI markalı neft isə 48,9% ucuzlaşma ilə bir barrelə görə 27,72 dollar olub.
Geri dön |