Saytımızı qiymətləndirin


 
 

Kino Agentliyi bu filmlərin çəkilişinə pul ayırıb –SİYAHI
Tarix: 09-04-2024 | Saat: 10:44
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə film layihələri müsabiqəsi elan etmişdi.

Kinematoqrafiya sahəsində fəaliyyət göstərən özəl qurumlar dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrini 18 iyul – 29 noyabr 2023-cü il tarixlərində müsabiqəyə təqdim etdilər. Təqdim olunmuş layihələrdən 11-i Ekspert Surası tərəfindən qalib elan olundu.

Layihələri təqdim etmiş müstəqil prodüser mərkəzləri tərəfindən istehsala başlanılması məqsədilə ARKA tərəfindən müvafiq tədbirlər görülür.

Müsabiqənin nəticəsinə görə Kino Agentliyi ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsini maliyyələşdirəcək.

“Xəzinə” (“Ultra Production” MMC),

“Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC),

“Borc” (“Bakı Media Mərkəzi” MMC),

“Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii,

“Nargin” (“Karvan Production” MMC),

“Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC),

“Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli,

“Daş” (“ART Baku Production” MMC),

“Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii,

“Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli,

“Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və

16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsinə qərar verilib.

 

Azərbaycan Respublikasının Kino Agentliyi “Baku Media Mərkəzi” MMC ilə 2 satınalma müqaviləsi imzalayıb. Kino Agentliyi “Baku Media Mərkəzi” MMC tərəfindən çəkilən “Ölüm axtaran qadın” tammetrajlı sənədli filmi üçün 285 min manat, “Borc” tammetrajlı bədii filmi üçün isə 1 milyon manat vəsait ödəyəcək. Müsabiqənin ümumi fondu 5,5 milyon manatdır.

Qeyd edək ki, “Borc” filminin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İmandr.

İstehsal olunacaq 11 layihənin ümumi istehsal dəyərinin 1 milyon 400 min manata yaxın vəsaiti özəl şirkətlər tərəfindən cəlb olunub.



Xəbəri paylaş

1314 dəfə oxunub.

Digər xəbərlər