Tarix: 15-03-2024 | Saat: 17:23
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Ötən ay Türkiyədə səfərdə olarkən halı pisləşərək xəstəxanaya yerləşdirilən Cavanşir Quliyevin müalicəsi Bakıda davam edir.
Bu barədə o, Qarabaqinfo.az-a açıqlamasında bildirib.
74 yaşlı bəstəkar vəziyyətinin yaxşılaşdığını söyləyib:
“İndi Bakıdayam. Şükür Allaha yavaş-yavaş düzəlirəm. Müalicəm davam etdirilir. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram. Səhhətimlə maraqlananlar çoxdur. Dostlar, tanışlar, elə jurnalistlər də zəng edib maraqlanırlar. Yavaş-yaşaş fəaliyyətə başlayacam. Xəstəlikdən sonra hələki nəsə yoxdur. Ancaq sırasını gözləyən planlarım var, onları davam edirəcəm. Yaxşılaşdıca, onları həyata keçirməyə başlayacam”.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilib. Bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb.
Digər xəbərlər