Tarix: 26-02-2022 | Saat: 22:11
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar aksiya keçirilir.
Qarabaginfo.az xəbər verir ki, Azərbaycan-Nyu-York Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada ABŞ-ın müxtəlif ştatlarında yaşayan soydaşlarımız və Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak edirlər.
Hazırda yüzlərlə həmvətənimiz Kapitoli binasının önündə toplaşıblar.
Aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, ABŞ bayraqları, eləcə də Xocalıya ədalət tələb edən və faciәni әks etdirən plakatlar tutublar.
Məqsəd dünya ictimaiyyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə çəkmək, Xocalı faciəsini törədənlərin hüquq müstəvisində məsuliyyətə cəlb olunmasını təmin etməkdir.
Nümayişin sonunda qəbul edilən qətnamənin ABŞ-ın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanması nəzərdə tutulub.(Report)
Digər xəbərlər