Saytımızı qiymətləndirin


 
 

Azərbaycandan Gürcüstana keçmək istəyən Hindistan vətəndaşı saxlanıldı
Tarix: 09-12-2022 | Saat: 15:24
Bölmə:Karusel | çapa göndər

 

Azərbaycandan Gürcüstana keçmək istəyən Hindistan vətəndaşı saxlanıldı

 

Azərbaycan sərhədini pozaraq Gürcüstana getmək istəyən Hindistan vətəndaşı saxlanılıb.

 

Bu barədə Qarabaginfo.az-a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

 

Belə ki, dekabrın 9-da saat 01:45-də Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilmiş tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstan istiqamətində keçməyə cəhd edən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Ponnaganti Ayyappa Reddy oğlu saxlanılıb.

 

Araşdırma zamanı saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəlməsi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

130 dəfə oxunub.

Digər xəbərlər