Saytımızı qiymətləndirin


 
 

Yenə Paris, yenə Azərbaycana qarşı - Təxribat
Tarix: 29-08-2024 | Saat: 19:45
Bölmə:Karusel / Dünya / İdman | çapa göndər

yene-paris-yene-azerbaycana-qarsi

Parisdə keçirilən Paralimpiya Oyunlarının açılış mərasiminə Azərbaycana qarşı təxribat olub.

Qarabaginfo.az xəbər verir ki, “Baku Burila” teleqram kanalında törədilmiş təxribat barədə yazı yerləşdirilib.

“Mərasimin yayımı zamanı şərhçilər Azərbaycanı ümumiyyətlə tanıtmayıblar. Tamaşaçıya göstərdikləri ölkənin adını kadrlara qoymayıblar! Sanki Azərbaycan idmançıları yox idi!

Bu Paralimpiya Oyunlarıdır! Onun bütün iştirakçıları çətin taleyə malik insanlar, əsl qəhrəmanlardır! Fransızların etdikləri isə sadəcə olaraq iyrəncdir!

Azadlıq, bərabərlik və qardaşlıq, bəli, əlbəttə”, - yazıda qeyd olunub.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində də Azərbaycana qarşı təxribat olmuşdu. Belə ki, bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib.

Belə ki, aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar ediblər:

“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”.



Xəbəri paylaş

61 dəfə oxunub.

Digər xəbərlər