Saytımızı qiymətləndirin


 
 

Azərbaycan kibertəhlükəsizlik reytinqində 15 pillə irəliləyib
Tarix: 26-04-2023 | Saat: 11:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycan kibertəhlükəsizlik reytinqində 15 pillə irəliləyib

Statistikaya görə kiber təhlükəsizlik pozuntusunun 95 faizinin səbəbi insan amilidir.


Qarabaqinfo.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə deyib.


O bildirib ki, belə hesabat ölkəmizdə ilk dəfədir hazırlanıb: "Azərbaycan kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetirib. Ölkəmiz kibercinayətkarlıqla bağlı BMT konvensiyasına qoşulub. Hər bir ölkənin kibertəhlükəsizlik sahəsində öz səviyəssində addım atması uyğundur. Azərbaycanın müxtəlif qurumları arasında kibertəhlükəsizliyin təmin olunması üçün səlahiyyət bölgüsü aparılıb.

 

Statistika göstərir ki, kibertəhlükəsizlik pozuntusunun 95 faizinin əsas səbəbi insan amilidir. Beynəlxalq telekamunikasiya təşkilatının hazırladığı kibertəhlükəsizlik üzrə siyahıda Azərbaycan 15 pillə irəliləyərək 40-cı sıraya yüksəlib".

 

PA rəsmisi qeyd edib ki, İsrail bu siyahıda 35-ci yerdə qərarlaşıb: "Bu göstərici Azərbaycanda kibertəhlükəsizlik sahəsində atılan addımların gostəriciləridir. Ermənistan illər ərzində bizə kiberhücumlar etsə də, heç bir uğur əldə edə bilməyib. Ermənistan İkinci Qarabağ müharibəsində xalq arasında həyəcan və təlaş yaratmaq üçün banklar və digər qurumlar adından saxta məlumat yayırdı. Müharibə təcrübəsi nəzərə alınaraq kibertəhlükəslizlik bacarıqları daha da təkmilləşdirilib".



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər