Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan kibertəhlükəsizlik reytinqində 15 pillə irəliləyib
Azərbaycan kibertəhlükəsizlik reytinqində 15 pillə irəliləyib26-04-2023, 11:29. Yazar: Admin |
Statistikaya görə kiber təhlükəsizlik pozuntusunun 95 faizinin səbəbi insan amilidir.
Statistika göstərir ki, kibertəhlükəsizlik pozuntusunun 95 faizinin əsas səbəbi insan amilidir. Beynəlxalq telekamunikasiya təşkilatının hazırladığı kibertəhlükəsizlik üzrə siyahıda Azərbaycan 15 pillə irəliləyərək 40-cı sıraya yüksəlib".
PA rəsmisi qeyd edib ki, İsrail bu siyahıda 35-ci yerdə qərarlaşıb: "Bu göstərici Azərbaycanda kibertəhlükəsizlik sahəsində atılan addımların gostəriciləridir. Ermənistan illər ərzində bizə kiberhücumlar etsə də, heç bir uğur əldə edə bilməyib. Ermənistan İkinci Qarabağ müharibəsində xalq arasında həyəcan və təlaş yaratmaq üçün banklar və digər qurumlar adından saxta məlumat yayırdı. Müharibə təcrübəsi nəzərə alınaraq kibertəhlükəslizlik bacarıqları daha da təkmilləşdirilib". Geri dön |