Saytımızı qiymətləndirin


 
 

“Peyvənddən sonra üç gün qolunu tərpədə bilməyənlər var“ - Açıqlama
Tarix: 14-12-2021 | Saat: 13:27
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

“Peyvənddən sonra üç gün qolunu tərpədə bilməyənlər var“ - Açıqlama

Üçüncü (buster) doza olaraq “Pfizer”peyvəndi vurduranlardan şikayətlərin ardı-arası kəsilmir. 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan həkim-terapevt Rasif Bağırov bildirib ki, buster doza əvvəlki 2 peyvəndin təsirini gücləndirmək üçündür və sonrakı əlamətlər əvvəlki 2 dozadan fərqli deyil:

“Pfizer” peyvəndini vurduranlar arasında şikayətlər üçüncü dozadan sonra yaranmayıb. Bu şikayətlər birinci və ikinci dozadan sonra da var idi. Pasiyentlərin qolu ağrıyırdı, hətta 3 gün qolunu tərpədə bilməyənlər də olub. Bundan başqa, peyvənddən sonra 38-39 dərəcə qızdırması olan vardı. Amma bu əlamətlər 3 gündən artıq davam etmir, 3 gün sonra hər şey normallaşır. Bu müddətdən sonra peyvənd vurduran şəxsin səhhətində problem qalmır. 

Ümumiyyətlə, “Pfizer” peyvəndi vurduranlar arasından bu günə qədər cəmi bir nəfər təkrarən koronavirusa yoluxub. Onun diaqnostikası zamanı məlum olub ki, ciyərləri tərtəmizdir, heç bir iltihabi proses getməyib. Yəni ikinci yoluxmanı yüngül formada keçirib. Təkrar yoluxma ilə xəstəxanaya gələnlərin çoxu 2 doza “Sinovac” peyvəndi vurduranlardır”.

Rasif Bağırov sözlərinə görə, 2 doza peyvənd vurdurub koronavirusa yoluxan xəstələrə üçüncü dozanı vurmağa ehtiyac yoxdur:

“Bəziləri düşünür ki, 2 doza peyvənd olunub, yenə yoluxmuşamsa, niyə üçüncünü vurdurum? Bəlkə, yoluxmayanlar üçüncü dozanı vurdursa, əvvəlki 2 doza ilə birlikdə effektli olub immunitet yaranar və yoluxmanın qarşısı alınar. Lakin bunu da konkret şəkildə demək çox çətindir. Bunu praktika göstərəcək, bundan sonra biləcəyik ki, onlar yenidən yoluxur, ya yox. 2 doza peyvənd olunub sonra yoluxan şəxsdə artıq immunitet yaranmış olur, ona üçüncü doza peyvənd vurdurmağa ehtiyac yoxdur”.

 

“Peyvənddən sonra üç gün qolunu tərpədə bilməyənlər var“ - Açıqlama


Xəbəri paylaş

1534 dəfə oxunub.

Digər xəbərlər