Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı narazılıqlar artıb. AMEA-nın institutlarının bir neçə direktoru onun vəzifəsindən getməli olduğunu bildirib. Həmçinin, Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədov məhkəmədə qalib gəlib və onun işə bərpa olunması ilə bağlı qərar verilib. Hazırda isə onunla bağlı digər bir məhkəmə işi davam edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bunlarla bağlı "Unikal"a açıqlamasında diqqətə çatdırıb ki, bu məsələlərə qarışmaq və fikir bildirmək istəmir.

"Təşəkkür edirəm ki, siz bu məsələ haqqında fikirləşirsiniz. Ancaq əsas mövqeyim ondan ibarətdir ki, akademiyada sağlam şərait yaradıb, elmlə məşğul olub elmə təkan verək, dövlətimizə kömək edək".

R.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədovla olan məhkəmə çəkişməsinə isə münasibət bildirmək istəməyib.