Tarix: 20-05-2022 | Saat: 11:39
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"Mədəni irsin bərpası və qorunması bu regionun inkişafının, sülh və sabitliyin möhkəmləndirilməsinin vacib elementlərindən biridir”.
Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi bildirib.
Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən ikigünlük beynəlxalq konfrans işini davam etdirir. Səfirin sözlərinə görə, bu tədbir postmünaqişə dövründə mədəniyyət abidələrinin bərpası baxımından böyük əhəmiyyətə malikdir.
Səfir işğaldan azad edilmiş ərazilərin bərpası məsələsində Macarıstanın Azərbaycana dəstək olmağa hazır olduğunu vurğulayıb: “Macarıstan tikinti, yaşıl sənaye, energetika sahəsində Azərbaycan ilə bir neçə biznes-forum keçirib. Şirkətlərimiz Azərbaycandakı tərəfdaşları ilə tanış olub və artıq müzakirələr aparılır”.
Diplomatın sözlərinə görə, ölkəsi minatəmizlənməsi məsələsində də Azərbaycana kömək göstərməyə hazırdır: “Ərazilərin minalardan təmizlənməsi Azərbaycan üçün prioritet məsələdir. Bu, insanların həmin ərazilərə qayıtması üçün edilir. Vaxtilə ANAMA-ya maliyyə yardımı etmişdik və əlbəttə ki, bu prosesi beynəlxalq əsasda da dəstəkləyirik”.
Digər xəbərlər