Saytımızı qiymətləndirin


 
 

ABŞ dövlət katibi təcili Konqresə çağırılıb- “Fox News”
Tarix: 04-09-2024 | Saat: 12:01
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ dövlət katibi Entoni Blinken təcili Konqresə çağırılıb. O, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ABŞ Konqresində ifadə verməlidir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Çağırış vərəqəsini Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul yazıb.

Konqresmen ona görə çağırış vərəqəsi yazıb ki, Blinken əvvəllər komitəyə gəlməkdən imtina edib. O, sentyabrın 19-da Konqres qarşısında çıxış etməlidir, əks halda dövlət katibi hörmətsizlikdə ittiham olunacaq.

ABŞ Dövlət Departamenti Blinkenin sıx iş qrafikini əsas gətirərək qeyd olunan tarixlə razılaşmayıb. Xarici İşlər Nazirliyi alternativ tarixlər təklif edib.

ABŞ ordusu Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluqdan sonra 2021-ci il avqustun 31-nə keçən gecə Kabil hava limanını tərk edib.



Xəbəri paylaş

138 dəfə oxunub.

Digər xəbərlər