Aprel ayına qədər ABŞ Nümayəndələr Palatasının üzvləri İsrail, Ukrayna və Tayvana 66 milyard dollarlıq hərbi yardım nəzərdə tutan yeni qanun layihəsi təqdim edə bilər.
Bu barədə CNN-ə vəziyyətlə tanış olan mənbə bildirib.
Sənədin hazırlanmasına ABŞ Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin sədri, Respublikaçılar Partiyasını Texas ştatından təmsil edən Maykl Makkol rəhbərlik edir.
Telekanal qeyd edir ki, o, martın sonu və ya aprelin əvvəlində Nümayəndələr Palatasında konsensusun əldə olunacağına əmin olduğunu bildirib.
Ukraynanın maliyyələşdirilməsinə davamlı olaraq qarşı çıxan Nümayəndələr Palatasının spikeri Mayk Consonun bu barədə nə düşündüyü hələlik məlum deyil.