Saytımızı qiymətləndirin


 
 

Ərdoğandan Anım Günü paylaşımı –“Qarabağ Azərbaycan torpağıdır, əbədi belə qalacaq”
Tarix: 27-09-2026 | Saat: 19:50
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Anım Günü ilə bağlı paylaşım edib.

Ərdoğan sosial media hesabında Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizə aparan şəhid və qaziləri yad edib.

“Dost və qardaş Azərbaycanımızın Anım Günü münasibətilə Qarabağı işğaldan qurtarmaq, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm”, – Türkiyə Prezidenti bildirib.

Ərdoğan paylaşımını Azərbaycan-Türkiyə münasibətlərində tez-tez istifadə olunan ifadə ilə tamamlayıb:

“Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq.”

 



Xəbəri paylaş

59 dəfə oxunub.

Digər xəbərlər