Saytımızı qiymətləndirin


 
 

İstanbulda Xocalı ilə bağlı beynəlxalq kampaniyanın təqdimatı olub
Tarix: 26-02-2022 | Saat: 15:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

İstanbulda Xocalı ilə bağlı beynəlxalq kampaniyanın təqdimatı olub

İstanbul Universitetində "Xocalı üçün paylaş" beynəlxalq sosial media kampaniyasının təqdimat mərasimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, Qızılbaş-Gəncləri Maarifləndirmə İctimai Birliyi, bu ali təhsil müəssisəsi və universitetdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun dəstəyi ilə həyata keçirilib.

Deputat Sabir Rüstəmxanlı Xocalı soyqırımının dünya tarixində bərabəri olmayan vəhşilik aktlarından biri olduğunu qeyd edib. O əlavə edib ki, Xocalının qisası 44 günlük Vətən müharibəsi zamanı alınıb, Azərbaycan torpaqları işğaldan azad edib. Bundan əlavə, Sabir Rüstəmxanlı Türkiyənin Azərbaycana dəstəyinin dünyaya bir mesaj olduğunu qeyd edib.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadənin sözlərinə görə, Xocalı soyqırımı insanlıq tarixinin ən qanlı cinayətlərdən biridir və beynəlxalq hüquqa ziddir. O deyib ki, Xocalı soyqırımının tanınması dövlət əsas vəzifələrindən biridir.

Tədbir çərçivəsində Azərbaycan, Türk ictimai xadim və jurnalistlərinə təşəkkürnamələr də təqdim olunub.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər
31-05-2023, 17:02 Laçından - Yeni fotolar