Erməni kartoqraf: “Anklavlar Azərbaycana verilsə, bu, daha böyük problemlər yaradacaq”
Tarix: 16-02-2022 | Saat: 16:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
317 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-02-2022 | Saat: 16:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi işlərinə hələ başlanmayıb, lakin İrəvanda demarkasiya prosesinin 70-ci illərin xəritəsi ilə aparılacağı qeyd edilir və bunun onların maraqlarına uyğun olmadığı ifadə olunur.
Tavusda yeni yolların salınacağı, onlardan birinin Əskipara istiqaməti, eləcə də Ermənistan-Gürcüstan dövlətlərarası yolunun kəndin yaxınlığından keçən hissəsi qeyd olunur. Bundan başqa, Güney kəndindən Əskiparaya gedən yolun bir hissəsi sərhədə düşür, digəri isə Əskipara-Bağanis yoludur.
Erməni kartoqraf Ruben Qaliçyanın sözlərinə görə, sərhədlər Rusiya Federasiyasının Baş Qərargahının xəritələrində 1970-ci illərdə elə çəkilib ki, Ermənistanın 1500 kvadrat kilometrə yaxın ərazisi (tarixi Azərbaycan əraziləri – red.) Bakıya verilib.
O qeyd edib ki, 1920-ci illərin xəritələri ilə demarkasiya həyata keçirmək Ermənistan üçün vacibdir.
Erməni kartoqraf vurğulayıb ki, 1970-ci illərin xəritələri ilə 3 kənd Azərbaycana keçir, onlardan biri şərqdə, digər ikisi isə Əskipara sektorundadır.
Qaliçyan deyib ki, Güney kəndindən Əskiparaya gedən yol sərhədə düşəcək.
“Beləliklə, Əskipara erməni tərəfinə qalacaq, onun şərq və qərbindəki iki Azərbaycan kəndi olan və biri anklav olan Yuxarı Əskipara və Aşağı Əskipara onlara qalacaq. Əskipara magistralının taleyindən narahatam. Əskipara magistralı üç yerdə onların torpağına keçəcək. Beləliklə, Gürcüstana gedən yol bağlanacaq və Noyemberyandan şimala gedə bilməyəcəksən, çünki məhz bu sektorda yol kəsişir. Şurnuxda olduğu kimi, Tatevdən Qacarana gedən yolu necə çəkiblərsə, bu işdə də eyni şeyi etmək lazımdır. Anklavlar Azərbaycana verilsə, bu, daha böyük problemlər yaradacaq”, - deyə o bildirib.

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2025, 10:42
KİV: Zelenski danışıqlar üçün Floridaya gedə bilər
9-03-2022, 23:21
Ərdoğan Baydenlə telefonla danışacaq
12-11-2021, 22:19
“Cənab Prezident əli ilə Xankəndini göstərib dedi ki, ora da bayraq sancacağıq” - Deputatlar ruslardan narahat deyil
26-02-2019, 13:56
Hindistan qırıcıları Pakistanı bombardman etdi
19-10-2024, 14:35
İran Hind okeanında hərbi dəniz təlimləri keçirir
25-09-2025, 08:06
NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə görüşəcək
27-09-2022, 11:45
Müharibənin ilk günü şəhid olan Qurbanovlar ailəsi...
9-04-2022, 10:55
Mirzoyan Moskvada KTMT baş katibi ilə görüşdü
13-06-2022, 13:23
Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib

" style="width: 670px; height: 340px;">