Ana Sayfa > Karusel / Gündəm > Erməni kartoqraf: “Anklavlar Azərbaycana verilsə, bu, daha böyük problemlər yaradacaq”

Erməni kartoqraf: “Anklavlar Azərbaycana verilsə, bu, daha böyük problemlər yaradacaq”


16-02-2022, 16:12. Yazar: Admin

 

2022/02/Untit-1645006439.jpg

 

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi işlərinə hələ başlanmayıb, lakin İrəvanda demarkasiya prosesinin 70-ci illərin xəritəsi ilə aparılacağı qeyd edilir və bunun onların maraqlarına uyğun olmadığı ifadə olunur.

Tavusda yeni yolların salınacağı, onlardan birinin Əskipara istiqaməti, eləcə də Ermənistan-Gürcüstan dövlətlərarası yolunun kəndin yaxınlığından keçən hissəsi qeyd olunur. Bundan başqa, Güney kəndindən Əskiparaya gedən yolun bir hissəsi sərhədə düşür, digəri isə Əskipara-Bağanis yoludur.

Erməni kartoqraf Ruben Qaliçyanın sözlərinə görə, sərhədlər Rusiya Federasiyasının Baş Qərargahının xəritələrində 1970-ci illərdə elə çəkilib ki, Ermənistanın 1500 kvadrat kilometrə yaxın ərazisi (tarixi Azərbaycan əraziləri – red.) Bakıya verilib.

O qeyd edib ki, 1920-ci illərin xəritələri ilə demarkasiya həyata keçirmək Ermənistan üçün vacibdir.

Erməni kartoqraf vurğulayıb ki, 1970-ci illərin xəritələri ilə 3 kənd Azərbaycana keçir, onlardan biri şərqdə, digər ikisi isə Əskipara sektorundadır.

Qaliçyan deyib ki, Güney kəndindən Əskiparaya gedən yol sərhədə düşəcək.

“Beləliklə, Əskipara erməni tərəfinə qalacaq, onun şərq və qərbindəki iki Azərbaycan kəndi olan və biri anklav olan Yuxarı Əskipara və Aşağı Əskipara onlara qalacaq. Əskipara magistralının taleyindən narahatam. Əskipara magistralı üç yerdə onların torpağına keçəcək. Beləliklə, Gürcüstana gedən yol bağlanacaq və Noyemberyandan şimala gedə bilməyəcəksən, çünki məhz bu sektorda yol kəsişir. Şurnuxda olduğu kimi, Tatevdən Qacarana gedən yolu necə çəkiblərsə, bu işdə də eyni şeyi etmək lazımdır. Anklavlar Azərbaycana verilsə, bu, daha böyük problemlər yaradacaq”, - deyə o bildirib.

Geri dön