Ana Sayfa > Karusel / Mədəniyyət > "Planlarım var, yavaş-yavaş fəaliyyətə başlayacam" - Cavanşir Quliyev

"Planlarım var, yavaş-yavaş fəaliyyətə başlayacam" - Cavanşir Quliyev


15-03-2024, 17:23. Yazar: Admin

Ötən ay Türkiyədə səfərdə olarkən halı pisləşərək xəstəxanaya yerləşdirilən Cavanşir Quliyevin müalicəsi Bakıda davam edir.

 

Bu barədə o, Qarabaqinfo.az-a açıqlamasında bildirib.

 

74 yaşlı bəstəkar vəziyyətinin yaxşılaşdığını söyləyib:

 

“İndi Bakıdayam. Şükür Allaha yavaş-yavaş düzəlirəm. Müalicəm davam etdirilir. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram. Səhhətimlə maraqlananlar çoxdur.  Dostlar, tanışlar, elə jurnalistlər də zəng edib maraqlanırlar. Yavaş-yaşaş fəaliyyətə başlayacam.  Xəstəlikdən sonra hələki nəsə yoxdur. Ancaq sırasını gözləyən planlarım var, onları davam edirəcəm. Yaxşılaşdıca, onları  həyata keçirməyə başlayacam”. 

 

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilib. Bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb.


Geri dön