Saytımızı qiymətləndirin


 
 

Heydər Əliyev Mərkəzində Qırğızıstan sənət nümunələrinin sərgisi açılıb
Tarix: 24-04-2024 | Saat: 18:37
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Heydər Əliyev Fondu - Heydər Əliyev Mərkəzi

Qırğızıstan mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Mərkəzində bu ölkənin seçilmiş sənət nümunələrinin sərgisi açılıb.

Qarabaginfo.az xəbər verir ki, sərgidə Qırğızıstanın mədəniyyəti, mətbəxi, milli geyim və tarixini əks etdirən sənət nümunələri təqdim edilib.

Modelyer-rəssam Dilbər Aşimbayevanın müəllifi olduğu geyim nümunələri təqdim olunub. Ziyarətçilərə təqdim olunan geyimlərin dizaynında təkcə qırğız xalqının deyil, bütövlükdə Türk dünyasının mədəniyyətini və tarixini özündə ehtiva edən elementlər yer alıb.

Sərgidə iştirakçılar Qırğızıstanın ən qədim və zəngin sənət nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edib, Qırğızıstanın xalq çalğı alətlərindən ibarət ansamblın müşayiəti ilə xalq musiqilərini dinləmək imkanı əldə ediblər.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər