Saytımızı qiymətləndirin


 
 

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI
Tarix: 25-06-2022 | Saat: 12:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Qarabaginfo.az-a bildirib ki, sabah, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

 

DYP rəsmisi bildirib ki, hərbi orkestrlər iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

 

" Heydər Əliyev sarayı - Bülbül prospekti -Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi,

Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı – AzNeft dairəsi - Bəhram Gur heykəli,

Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı,

Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər
prospekti,

Nərimanov heykəli - Mərkəzi park – Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank”.

 

O qeyd edib ki, sabah 19:00-dan 21:00-dək Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı), Azneft dairəsindəki bayraq meydanı, Muzey Mərkəzi (bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında orkestrlərin nümunəvi çıxışları olacaq:

 

“Sürücülərdən tədbirin keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsində yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur. Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz bir şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına öz lazımi dəstəyini və köməyini nümayiş etdirəcəklər”.

 

A.Əsgərlinin sözlərinə görə, qeyd edilənlərə riayət edilməsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir.



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər