Saytımızı qiymətləndirin


 
 

“Şəhər günü” bayram tədbiri və Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı keçirildi
Tarix: 10-07-2022 | Saat: 14:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Şəhər günü” bayram tədbiri və Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı keçirildi

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə 7-9 iyul tarixlərində “Şəhər günü” bayram tədbiri və Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbir Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Dövlət Turizm Agentliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

“Şəhər günü” bayram tədbirinin açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 2021-ci il iyulun 7-də Şəkidə keçirilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikatın şəhər rəhbərliyinə təqdim olunması mərasimində hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunmasının qərara alındığını bildirib, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.

Açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Şəki şəhərini özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən mədəni irs nümunəsi kimi dəyərləndirib.

 Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında ölkəmizdə mədəni irsin qorunmasına göstərilən yüksək dövlət qayğısından danışıb.

Rəsmi hissədən sonra Dövlət Sərhəd Xidmətinin hərbi orkestri konsert proqramı ilə çıxış edib.  

“Şəhər günü”nə həsr olunan tədbirlər çərçivəsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim “Qala divarları”nın daxilində yerli sahibkarların hazırladığı məhsulların sərgi-satış yarmarkası keçirilib, milli tamaşalardan səhnəciklər təqdim olunub, konsert proqramları təşkil edilib, yerli sənətkarların, rəssamların əl işləri nümayiş etdirilib, “Marxal” kompleksində Qida Festivalı keçirilib, "Yuxarı Karvansaray” mehmanxana kompleksində “Dərviş” qrupunun konserti olub.

İyunlun 7-də keçirilən Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2010-cu ildən başlayaraq hər il Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırıb.

 Festival çərçivəsində iyulun 8-də Şəki şəhər Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının konserti təqdim edilib, Yuxarı Karvansaray” mehmanxana-kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Fikrət Əmirovun “Sevil” operası açıq havada nümayiş olunub.








 



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər