Saytımızı qiymətləndirin


 
 

Sabahın havası açıqlandı Sabahın havası açıqlandı
Tarix: 15-08-2023 | Saat: 13:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sabahın havası açıqlandı

Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Qarabaqinfo.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər