Saytımızı qiymətləndirin


 
 

“İrəvan-Bakı münasibətləri üçün ən etibarlı yol…”- Rusiyadan Ermənistana XƏBƏRDARLIQ
Tarix: 08-02-2024 | Saat: 15:07
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının ən etibarlı yolu üçtərəfli sazişlərin həyata keçirilməsidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

XİN rəsmisi ümid edir ki, İrəvan bunu başa düşəcək və bölgədən kənar oyunçuları cəlb etməyəcək: “Ümid edirik ki, İrəvan üçtərəfli sazişlərin həyata keçirilməsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına aparan ən etibarlı yol olduğunu başa düşəcək. Bu yol regiondankənar oyunçuları, ilk növbədə ABŞ və Avropa İttifaqını cəlb etmək cəhdlərindən keçmir”.

Qaluzinin sözlərinə görə, Vaşinqton və Brüsselin fəaliyyəti Rusiyanı bu prosesdən sıxışdırmaq, eləcə də Cənubi Qafqazda mövcud qüvvələr balansını pozmağa yönəlib.



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər