Saytımızı qiymətləndirin


 
 

Cənubi Koreyada it ətindən istifadə qadağan olunur
Tarix: 09-01-2024 | Saat: 13:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Cənubi Koreyada it ətindən istifadə qadağan olunur

Cənubi Koreya parlamenti kəsim üçün itlərin yetişdirilməsini, həmçinin it ətinin paylanmasını və satışını qadağan edən qanun layihəsini qəbul edib.

 

Qarabaqinfo.az "Yonhap"a istinadən xəbər verir ki, 208 parlamentari təşəbbüsün lehinə səs verib, ikisi bitərəf qalıb.

 

Ət üçün it yetişdirənləri 2 ilə qədər həbs və ya 20 milyon vona (15,1 min dollar) qədər cərimə gözləyir. İt kəsimi ilə məşğul olanları isə 3 il həbs cəzası və ya 30 milyon von (22,7 min dollar) məbləğində cərimə gözləyir.

 

Cəzalar 2027-ci ildə 3 illik güzəşt müddətindən sonra icra edilməyə başlanacaq. İndi it əti təsərrüfatları, eləcə də it əti satan distribyutorlar və restoranlar öz bizneslərini qeydiyyatdan keçirməli olacaqlar. Hakimiyyət də bu cür müəssisələrin bağlanması üçün subsidiyalar verməyə hazırdır.

 

Cənubi Koreyada təxminən 1150 it ferması, 34 itkəsmə zavodu, 219 distribyutor və it ətindən hazırlanan yeməkləri dadmaq üçün 1600-ə yaxın restoran var.

 

Cənubi Koreya hakimiyyətinin it ətinin istehlakını qadağan etmək planları 2023-cü ilin noyabrında məlum olub. Sənaye işçiləri qanun layihəsinin rədd edilməsi tələbi ilə parlament binası qarşısında aksiya keçiriblər.



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər