Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN Cenevrə görüşü öncəsi ABŞ-ı ittiham edib
Tarix: 10-01-2022 | Saat: 11:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya XİN Cenevrə görüşü öncəsi ABŞ-ı ittiham edib

“Cenevrə görüşündən əvvəl ABŞ-ın Rusiya Federasiyası ilə təhlükəsizlik zəmanətləri ilə bağlı dialoqa yanaşmaları Moskva üçün təəccüblü olmadı, görək sonda nə olacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Əvvəlcədən aydın idi ki, onların xətti bizim ideyalarımızı, təkliflərimizi və yanaşmalarımızı son onilliklərdə inkişaf etmiş diplomatiya nöqteyi-nəzərindən texnoloji mühitə daxil etməkdir”, - deyə nazir müavini əlavə edib.

Ryabkov ABŞ-ın bütün məsuliyyəti ATƏT-in üzərinə yıxmağa üstünlük verdiyini bildirib.

O, Vaşinqtonun Rusiya ilə ikitərəfli dialoq aparmaqdan ümumiyyətlə narahat olduğunu söyləyib.

Qeyd edək ki, Rusiyanın ötən ilin dekabrın 18-də irəli sürdüyü təhlükəzilik zəmanətləri ilə bağlı təkliflər paketi əsasında Rusiya-ABŞ dialoqu başlayıb.

Yanvarın 9-da Cenevrədə başlayan dialoq daha sonra Brüssel və Vyanada davam edəcək.(Apa)



Xəbəri paylaş

1301 dəfə oxunub.

Digər xəbərlər