Saytımızı qiymətləndirin


 
 

Beş ölkə diplomatlarını Ukraynadan çıxarır 
Tarix: 26-01-2022 | Saat: 13:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya və Kanada bəzi diplomatlarını və onların ailələrini Ukraynadan təxliyə edir.

 

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

 

Altı ölkə isə öz vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edib. Ukrayna hakimiyyəti hesab edir ki, bunun üçün heç bir real əsas yoxdur.

 

Qeyd edək ki, Ukraynada 129 diplomatik nümayəndəlik fəaliyyət göstərir.

 

Son aylar Qərbdə, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Kreml onları boş və əsassız adlandırıb.



Xəbəri paylaş

223 dəfə oxunub.

Digər xəbərlər