Saytımızı qiymətləndirin


 
 

"Vardanyan Moskvaya gedir... - Qayıtdıqdan sonra bu məsələləri həll edəcək..."
Tarix: 24-11-2022 | Saat: 11:18
Bölmə:Karusel / Region | çapa göndər

Xəbər verildiyi kimi, dünən - noyabrın 23-də İrəvanda Putinin də iştirakıyla KTMT-nin hay-küylü sammiti getdiyi zaman Azərbaycanın Rusiyanın nəzarətində olan ərazisindəki qondarma separatçı-terrorçu qurumun rəhbəri Araik Arutyunyan 9 “nazir”in tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı “qərar” imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, bu gün səhər saatlarında "Hraparak" nəşri Xankəndindəki "çevriliş" haqda əlavə məlumatlar təqdim edib.

"Dünən Artsax hökumətində kadr qırğını oldu, güc qurumları rəhbərləri istisna olmaqla, bütün nazirlər işdən çıxarıldı. Çünki həmin blok prezident Arayik Arutyunyana sadiqdir. Söhbət müdafiə və daxili işlərdən gedir". 

Bundan sonra  erməni nəşri noyabrın 4-də isə qondarma "dövlət naziri" təyin edilən Ruben Vardanyanın öz kabinetini formalaşdırdığını vurğulayaraq yazır: 

"O, bir dəfə kadr məsələsində tələsməyəcəyini , hər kəsə “öz siyasi mədəniyyətinə uyğunlaşmaq” şansı verəcəyini desə də, dünən qəfil ixtisarlar etdi. Artsaxda hesab edirlər ki, proseslər sürətlə inkişaf edir, azərbaycanlılar görünməmiş fəallıq nümayiş etdirirlər və onlara artan çağırışlara tab gətirə biləcək təzə qüvvələrə, yeni idarəetmə modelinə ehtiyac var. Dünən azad edilən 9 nazirdən 4-ü müvəqqəti məmur təyin edilib: xarici işlər naziri, maliyyə, ədliyyə və şəhərsalma naziri".

"Dünən xarici işlər naziri vəzifəsinə namizədlərin, xüsusilə də Vardan Oskanyanın adları tirajlanıb. Baxmayaraq ki, başqa adlar da, xüsusilə Ara Ayvazyanın da adı hallanıb. Hər halda, hələlik yekun qərar yoxdur. Görünən odur ki, yaxın günlərdə də yeni təyinatlar baş tutacaq. Bizə bildirdilər ki, Vardanyan dünən İrəvana gəlib, bu gün Moskvaya gedəcək və müəyyən korrektələrdən sonra yeni kabinet formalaşdıracaq. Artsaxda güc strukturlarında da dəyişiklikləri istisna etmirlər" -deyə Ermənistan qəzeti vurğulayıb.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər
29-09-2022, 12:30 Sabahın hava proqnozu