Saytımızı qiymətləndirin


 
 

Azərbaycan millisinin heyəti açıqlandı
Tarix: 07-12-2021 | Saat: 18:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan millisinin heyəti açıqlandı 

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. 

Qarabaginfo.az AFFA-ya istinadən xəbər verir ki, dekabrın 12-dən 20-dək (dekabrın 12-də Bakı İdman Sarayında, dekabrın 13-dən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi) davam edəcək toplanışa baş məşqçi Joze Alesio Da Silva 15 futzalçı dəvət edib.

Millimizin heyəti: Rövşən Hüseynli,  Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei,  Nurlan Mehdizadə("Araz-Naxçıvan"), Cavad Məmmədov ("Neftçi"), Emin Kürdov, Tofiq Mikayılov ("Ekol") , Xəzər Ağalizadə (U-19), Rafael Vilela ("Palma Futsal" İspaniya), Fineo De Araujo ("Sporting Paris" Fransa), Thiago Teles Martins ("ACCS FUTSAL" Fransa), Everton Kardoso ("Levante U.D." İspaniya).

Qeyd edək ki, hər iki oyun Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər