Saytımızı qiymətləndirin


 
 

“Kreml Aİ ölkələrində seçki proseslərinə müdaxilə edir”- Rusiya əleyhinə qətnamə qəbul edildi
Tarix: 25-04-2024 | Saat: 16:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Avropa Parlamenti (AP) Rusiya əleyhinə qətnamə qəbul edib. 

Qarabaginfo.az xəbər verir ki, qətnamənin lehinə 429 deputat səs verib, 27 deputat əleyhinə çıxış edib, daha 48 deputat isə bitərəf qalıb.

Qətnamədə Rusiyanın Avropa İttifaqı ölkələrində seçki proseslərinə müdaxilə etdiyi bildirilir.

Qeyd olunur ki, Rusiya Aİ-də xarici müdaxilənin və dezinformasiyanın əsas mənbəyidir. Qətnamə müəlliflərinin fikrincə, Avropa Parlamentinin bəzi üzvlərinin Rusiya təbliğatını yaydıqlarına görə mükafat aldıqları və bir sıra deputatların rusiyayönlü media portalı “Avropanın səsi”nin fəaliyyətində iştirak etdiyi barədə etibarlı məlumatlar var.

Sənəd Aİ ölkələrinin rəsmilərini Rusiyaya qarşı qəbul edilmiş sanksiyalar paketlərini genişləndirməyə və düzəlişləri davam etdirməyə, həmiçinin mövcud məhdudlaşdırıcı tədbirlərin tətbiqində boşluqları aradan qaldırmağa çağırır.



Xəbəri paylaş

146 dəfə oxunub.

Digər xəbərlər