Saytımızı qiymətləndirin


 
 

Seçilsəm, 60 küçəni maşınlara bağlayacağam - İnsan mərkəzli namizəd
Tarix: 04-03-2024 | Saat: 12:24
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Seçilsəm, 60 küçəni maşınlara bağlayacağam - İnsan mərkəzli namizəd

Xəbər verdiyimiz kimi, Türkiyədə 31 mart tarixində yerli seçkilər keçiriləcək.

 

Qarabaqinfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbulun Şişli rayon bələdiyyəsinin sədrliyinə namizədi Resul Emrah Şahan insan mərkəzli şəhər konsepsiyasına əsaslanan maraqlı seçki vədi verib.

 

Tanıtım toplantısı keçirən namizəd seçiləcəyi təqdirdə Şişlidə ayda 60 küçəni maşınlara bağlayacağını açıqlayıb.

 

"Şişlinin uşaqları təəssüf ki, yaşıdları ilə sosiallaşmadan tək böyüyürlər. Xaricdə nümunələrini gördüyümüz bir layihəyə xüsusi bir önəm verirəm. Hər həftəsonu 15 olmaqla, ayda ümumilikdə 60 küçədən nəqliyyat vasitələrinin keçməsini dayandıracağıq. Bu küçələri maşınlara bağlayaraq toplam 32 min kvadratmetr ərazini ictimai məkana çevirmək hədəfimiz var", - o bildirib.

 

Siyasətçi həmçinin 2.5 kilometrlik yeni velosiped və skuter yolu salınacağını vəd edib: "Şişli sadəcə burada yaşayanların deyil, çox sayda İstanbul sakininin də gün ərzində küçələrindən keçdiyi, işlədiyi bir mərkəzdir. Gecə və gündüz hərəkət edənlər arasındakı fərq təxminən 15 qatdır. Bu böyük fərqin yaratdığı nəqliyyat sıxlığını yüngülləşdirmək əsas məqsədimizdir. 2.5 kilometrlik velosiped və skuter inşa edəcəyik. Piyada və nəqliyyat vasitələri arasındakı tarazlığın təcrübə ediləcəyik yeni bir yanaşma ilə hərəkət edəcəyik".



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər