Saytımızı qiymətləndirin


 
 

Vaşinqtonu Cənubi Qafqazda narahat edən MƏQAMLAR: Bayden və Ərdoğan nələri müzakirə edib? - AÇIQLAMA
Tarix: 01-11-2021 | Saat: 12:44
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Romada keçirilən 16-cı G-20 sammiti çərçivəsində bir araya gəliblər. Görüş 20 dəqiqə planlaşdırılsa da, 1 saat 10 dəqiqə çəkib.

Qarabaginfo.az xəbər verir ki, mövzunu konkret.az-a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirin ki, hər iki tərəf görüşün nəticəsini müsbət qiymətləndirib: “Buna baxmayaraq ABŞ prezidenti Co Baydenin görüşdən sonrakı açıqlamaları optimizmə əsas vermir. Birincisi, Bayden deyib ki, Vaşinqton əvvəlki kimi Türkiyənin Rusiyadan S-400 raket sisteminin almasından narahatdır. İkincisi, Bayden deyib ki, Türkiyənin Amerikadan almaq istədiyi F-16 qırıcı təyyarələri ilə bağlı “müvafiq prosedurlara” ehtiyac var. Bu o deməkdir ki, Vaşinqton Türkiyəyə F-35 təyyarələrinin əvəzinə F-16 təyyarələrini satmaq fikrində yekdil qərara gəlməyib. Pentaqon və Ağ Ev müsbət qərar versələr belə Konqresin təsdiqi lazım gələcək. ABŞ Konqresi isə anti-Türkiyə mövqeyindən geri çəkilməyib”.

Politoloq əlavə edib ki, ABŞ və Türkiyə prezidentləri Romada Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər: “Ancaq bu mövzunun iki lider arasında geniş müzakirələrə səbəb olduğunu söyləmək çətindir. Çünki 1 saat 10 dəqiqəlik söhbətdə mövzu çox olub. Bu sıraya iki ölkə arasında hərbi və iqtisadi əməkdaşlıqdan tutmuş, Əfqanıstanda humanitar durum, yardımların çatdırılması, Liviyada seçkilər, Aralıq dənizindəki vəziyyətə dair mövzular aiddir”.

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Görəsən Vaşinqtonu Cənubi Qafqazdakı durumla bağlı nə narahat edir?

“Əslində NATO üzvü Türkiyənin Cənubi Qafqazdakı mövqelərinin güclənməsi ABŞ-ın maraqlarına uyğun olmalıdır. Çünki əks halda Cənubi Qafqazda Amerikanın rəqibi Rusiya tək hakim olacaq. Bu isə Amerikanın maraqlarına cavab verməməlidir. Ancaq problem ondadır ki, Amerikada siyasətçilər və bir qrup konqresmen lobbi maraqlarını ölkələrinin milli və təhlükəszilik maraqlarından üstün tutur. Misal üçün erməni lobbisinə bağlı amerikalı konqresmenlərin, siyasətçilərin və diplomatların şəxsi maraqları Ermənistana dəstəyi məcbur edirsə, Amerikanın milli və təhlükəsizlik maraqları Ermənistandan fərqli olaraq Rusiyanın vassalı olmayan Azərbaycanla əməkdaşlığı, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının gücləndirilməsinə dəstəyi diqtə edir. Təəssüf ki, bir sıra hallarda şəxsi maraqlar dövlət maraqlarını üstələyir, elə Ağ Evin indiki sahibi də vaxtilə Konqresdə Azərbaycana qarşı 907-cü düzəlişi dəstəkləyərkən şəxsi maraqlarını ölkəsinin təhlükəsizlik maraqlarından üstün tutmuşdu” – deyə Şahinoğlu fikirlərini tamamlayaıb.



Xəbəri paylaş

1361 dəfə oxunub.

Digər xəbərlər