Tarix: 04-03-2024 | Saat: 15:26
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev Prezident İlham Əliyevə məktub yazıb.
Qarabaginfo.az xəbər veirir ki, T. Qarayev İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Səfir təbrik məktubunda bildirib:
“Möhtərəm cənab Prezident,
İcazə verin, Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik edim.
Torpaqlarımız işğaldan azad olunduqdan və suverenliyimiz bərpa edildikdən sonra keçirilmiş bu ilk prezident seçkilərində xalqın tam dəstəyini qazanmanız ilə ölkəmiz demokratik və qüdrətli inkişaf yolunda növbəti bir önəmli tarixi mərhələyə qədəm qoymuş oldu. Sizin müdrik rəhbərliyinizlə ölkəmizin milli maraqlarının və xalqımızın rifahının bundan sonra da təmin olunacağına əminik.
Sizi bir daha inamlı qələbəniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, səadət və uzun ömür diləyir, dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə, Tamerlan Qarayev, Litva Respublikası, Vilnüs şəhəri”.
72 yaşlı hüquq elmləri doktoru Tamerlan Qarayev 1988-1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü, 1990-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olub.
Tamerlan Qarayev 1991-1993-cü illərdə Milli Məclis sədrinin müavini, daha sonra isə birinci müavini vəzifələrində işləyib.
O, 1993-cü ildən diplomatik xidmətdədir.
1993-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alan T.Qarayev elə həmin il Çinə diplomatik işə göndərilib. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub.
2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.
2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.
13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər xəbərlər