Saytımızı qiymətləndirin


 
 

Qarabağ atları Bəhreyndə keçirilən “Mara’ee 2025” festivalında çıxış edib - FOTO
Tarix: 15-12-2025 | Saat: 13:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabağ atları Bəhreyndə keçirilən “Mara’ee 2025” festivalında çıxış edib - FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) mədəniyyət və yaradıcılıq kollektivləri Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalında iştirak edib.

DSX-dan Qarabaginfo.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyəti xüsusi proqramla çıxış edib. Qeyd olunub ki, Azərbaycan tərəfi festival çərçivəsində 8–13 dekabr tarixləri arasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və davamlı təqdimatlarından birini həyata keçirib.

Festival çərçivəsində səhnə proqramında DSX-nin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayıb. Tədbirdə Azərbaycan nümayəndə heyəti xüsusi proqramla çıxış edib.



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər