Saytımızı qiymətləndirin


 
 

Zaxarova təqibə məruz qalan rus jurnalistlərlə bağlı Qərbə xəbərdarlıq edib
Tarix: 12-06-2024 | Saat: 08:18
Bölmə:Karusel / Region | çapa göndər

Zaxarova təqibə məruz qalan rus jurnalistlərlə bağlı Qərbə xəbərdarlıq edib

Qərbdə rus mətbuatının təqibi qəbuledilməzdir və belə davam edərsə, Rusiya Federasiyası cavab tədbirləri tətbiq etmək məcburiyyətində qalacaq.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz Telegram kanalında Moskvada işləyən avstriyalı jurnalistin akkreditasiyasının ləğvi ilə bağlı məsələyə açıqlama verərkən deyib.

“Fürsətdən istifadə edərək, qərbliləri bir daha xəbərdar edəcəyəm: əgər bizim jurnalistlərə toxunsanız, digər müxbirləriniz də evlərinə gedəcəklər” – deyə Zaxarova bildirib.

O, Avstriya Radio və Televiziyasının (ORF) Moskva bürosunun müxbiri Mariya Knieps-Vittingin akkreditasiyasının ləğvinin Rusiyanın TASS agentliyinin müxbiri İvan Popovun Avstriyadan qovulması ilə bağlı məsələyə cavab olduğunu deyib.

O həmçinin jurnalistlərə qarşı təqiblərin Qərb ölkələri üçün xarakterik olduğunu, Qərb mediasının jurnalist etikasını itirdiyini deyib.



Xəbəri paylaş

143 dəfə oxunub.

Digər xəbərlər