Putinin sağlığına içən deputat şəhidlərin abidəsi önündə diz çökdürüldü...-İBRƏTAMİZ+VİDEO
Tarix: 09-08-2022 | Saat: 11:15
Bölmə:Karusel / Region | çapa göndər
1175 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-08-2022 | Saat: 11:15
Bölmə:Karusel / Region | çapa göndər
Ukraynanın Çerkası şəhərində istintaq məlumatlarına görə, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən şəhər şurasının deputatı Aleksandr Zamiraylo istintaq təcridxanasından azad edilib və onun üçün girov ödənilib.
Qarabaginfo.az "GORDON"a istinadla bu barədə avqustun 8-də “Facebook”da Çerkası şəhər şurasının "Eurosolidarnost"dan olan deputatı Sergey Ruban məlumat yayıb.
"Çerkasıda, istintaq təcridxanasının divarları altında Rusiya prezidenti Putinin qələbəsi üçün içmək həvəskarı, 208.000 qriven girov müqabilində azadlığa çıxan Aleksandr Zamiraylonu qarşıladıq. Bütün fəallarla birlikdə biz bu əclafın həbsxanaya qaytarılmasını tələb etdik. O, istintaq təcridxanasının divarlarını tərk etdikdən sonra fəallar onu Ukraynanın anti-terror əməliyyatı şəhidlərininn abidəsi önünə gətirdilər ki, bu əclaf müharibədə həlak olan bütün qəhrəmanlardan üzr istəsin” -deputat belə yazıb.
Deputat Zamiraylonun qəhrəmanların abidəsi önündə diz çökməsini əks etdirən fotosunu dərc edib.
Rubanın sözlərinə görə, avqustun 9-da məhkəmə prokurorluğun apellyasiya şikayətinə baxacaq.
"Ukraynaya xəyanət edən şəxslər güzəştə getmədən cəzalandırılmalıdır... Ümid edirəm ki, bu qərar kollaborantı( düşmənlə əməkdaşlıq edən şəxs- S.L.) həbsxanaya qaytaracaq", - deyə deputat yekunlaşdırıb.
Digər Ukrayna saytlarının məlumatına görə insanlar satqın deputatın üzərinə boya da töküblər və o, şəhidlərin abidəsi önündə diz çökərək deyib:
“Mən bütün döyüşçülərdən üzr istəyirəm. “Azov”, “Milli Korpus”, “Sağ sektor”... Uşaqlar, sağ qalın və evinizə, ailənizin yanına qayıdın...”
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
27-01-2021, 14:58
Nazir azərbaycanlı dənizçinin nəşinin ölkəyə gətirilməsində köməyə görə Türkiyəyə təşəkkür edib
24-07-2023, 15:16
“Taxıl sazişi”ndən çıxması Rusiyanın Afrika ilə “arasını vurub”- Narazılıqlar başlayıb
7-07-2022, 23:43
Bakıda ana və 6 yaşlı uşağını avtomobil vuraraq komaya salıb
1-04-2022, 08:20
Rusiya bankları yaxın illərdə yerli proqram təminatına keçə bilər
20-07-2022, 11:38
“Milli təhlükəsizliyimizi hədəfləyən şər qüvvələri Suriyadan qoparıb atmaqda qərarlıyıq”
13-01-2024, 11:58
Paşinyan növbədənkənar seçkilərə getmək istəyir?
6-11-2019, 10:10
Eldar Əzizov paytaxt rayonlarının icra başçılarına XƏBƏRDARLIQ ETDİ
13-06-2021, 21:13
Əmlak bazarında SİLSİLƏ BAHALAŞMA: "Bir ildən çox davam edən pandemiya ilə əlaqədar..." - EKSPERT
11-12-2023, 13:04
Azad edilən ərazilərdə daha 171 mina və 340 PHS aşkarlanıb