Tarix: 20-07-2022 | Saat: 11:38
Bölmə:Karusel / Dünya | çapa göndər
Qarabaginfo.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, İran və Rusiya arasında keçirilən “Astana Formatında Yeddinci Üçtərəfli Zirvə Toplantısı”nın açılışındaki çıxışında bildirib.
Ərdoğan deyib:
“Astana Platforması yeganə təşəbbüsdür ki, effektiv həllər düşünərək, onların həyata keçirilməsi üçün konkret addımlar atır. Biz biri ilə mübarizə aparmaq üçün digərindən subpodratçı kimi istifadə kimi mülahizələri qəbul etmirik. Harada və kim tərəfindən dəstəklənməsindən asılı olmayaraq, terror təşkilatlarına qarşı mübarizəmiz hər zaman davam edəcək. Milli təhlükəsizliyimizi hədəfləyən şər qüvvələri Suriyadan qoparıb atmaqda qərarlıyıq. Rusiya Federasiyası və İrandan gözləntimiz Türkiyəyə bu mübarizədə dəstək verməkdir.
PKK, YPG, PYD terroru hamımızın ortaq problemidir. İndiyə qədər göstərdiyimiz əməkdaşlığı davam etdirməklə bu hədəflərə birlikdə nail olacağımıza ürəkdən inanıram.”(visiontv.az)
Digər xəbərlər