Tarix: 22-04-2022 | Saat: 15:19
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 xəstələrinin müalicəsində nirmatrelvir və ritonavir preparatlarının istifadəsini israrla tövsiyyə edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat verilib.
Bildirilib ki, xəstəxanaya yerləşmə riski yüksək olan yüngül və orta dərəcəli COVID-19 xəstələrinin müalicəsində Paxlovid adı altında satılan nirmatrelvir və ritonavir ən yaxşı terapevtik seçimdir.
"İstehsalçı tərəfindən edilən ikitərəfli sövdələşmələrdə qiymət şəffaflığının olmaması və onu tətbiq etməzdən əvvəl operativ və dəqiq sınaqdan keçmək zərurəti bu həyat qurtaran dərmanı aşağı və orta gəlirli ölkələr üçün əsas problemə çevirir".
Bu tövsiyə 3078 xəstəni əhatə edən iki mərhələli sınaqdan əldə edilən yeni məlumatlara əsaslanır. Məlumatlar göstərir ki, bu müalicədən sonra xəstəxanaya yerləşdirmə riski 85% azalır.
Digər xəbərlər