Ana Sayfa > Karusel / Səhiyyə > ÜST: COVID-19 xəstələri üçün ən effektiv dərman preparatlarını açıqlayıb
ÜST: COVID-19 xəstələri üçün ən effektiv dərman preparatlarını açıqlayıb22-04-2022, 15:19. Yazar: Admin |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 xəstələrinin müalicəsində nirmatrelvir və ritonavir preparatlarının istifadəsini israrla tövsiyyə edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat verilib. Bildirilib ki, xəstəxanaya yerləşmə riski yüksək olan yüngül və orta dərəcəli COVID-19 xəstələrinin müalicəsində Paxlovid adı altında satılan nirmatrelvir və ritonavir ən yaxşı terapevtik seçimdir. Bu tövsiyə 3078 xəstəni əhatə edən iki mərhələli sınaqdan əldə edilən yeni məlumatlara əsaslanır. Məlumatlar göstərir ki, bu müalicədən sonra xəstəxanaya yerləşdirmə riski 85% azalır. Geri dön |