Putinin sağlığına içən deputat şəhidlərin abidəsi önündə diz çökdürüldü...-İBRƏTAMİZ+VİDEO
Tarix: 09-08-2022 | Saat: 11:15
Bölmə:Karusel / Region | çapa göndər
1282 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-08-2022 | Saat: 11:15
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynanın Çerkası şəhərində istintaq məlumatlarına görə, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən şəhər şurasının deputatı Aleksandr Zamiraylo istintaq təcridxanasından azad edilib və onun üçün girov ödənilib.
Qarabaginfo.az "GORDON"a istinadla bu barədə avqustun 8-də “Facebook”da Çerkası şəhər şurasının "Eurosolidarnost"dan olan deputatı Sergey Ruban məlumat yayıb.

"Çerkasıda, istintaq təcridxanasının divarları altında Rusiya prezidenti Putinin qələbəsi üçün içmək həvəskarı, 208.000 qriven girov müqabilində azadlığa çıxan Aleksandr Zamiraylonu qarşıladıq. Bütün fəallarla birlikdə biz bu əclafın həbsxanaya qaytarılmasını tələb etdik. O, istintaq təcridxanasının divarlarını tərk etdikdən sonra fəallar onu Ukraynanın anti-terror əməliyyatı şəhidlərininn abidəsi önünə gətirdilər ki, bu əclaf müharibədə həlak olan bütün qəhrəmanlardan üzr istəsin” -deputat belə yazıb.
Deputat Zamiraylonun qəhrəmanların abidəsi önündə diz çökməsini əks etdirən fotosunu dərc edib.
Rubanın sözlərinə görə, avqustun 9-da məhkəmə prokurorluğun apellyasiya şikayətinə baxacaq.
"Ukraynaya xəyanət edən şəxslər güzəştə getmədən cəzalandırılmalıdır... Ümid edirəm ki, bu qərar kollaborantı( düşmənlə əməkdaşlıq edən şəxs- S.L.) həbsxanaya qaytaracaq", - deyə deputat yekunlaşdırıb.
Digər Ukrayna saytlarının məlumatına görə insanlar satqın deputatın üzərinə boya da töküblər və o, şəhidlərin abidəsi önündə diz çökərək deyib:
“Mən bütün döyüşçülərdən üzr istəyirəm. “Azov”, “Milli Korpus”, “Sağ sektor”... Uşaqlar, sağ qalın və evinizə, ailənizin yanına qayıdın...”
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
29-10-2021, 10:14
Bakıda koronavirusa görə bağlanan məktəb açılıb
4-06-2022, 06:27
Bu gün I qrup üzrə qəbul imtahanı keçiriləcək
19-12-2022, 17:49
"Ermənilər nə qədər qədim olsalar da, ən azı son 1500 il ərzində həmişə türkün itaətində olublar"
31-05-2022, 14:34
Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
29-05-2023, 15:51
İstanbulun fəthinin 570-ci ildönümü
29-12-2021, 11:09
Türkiyəli nümayəndə heyəti ETSN-də oldu
22-10-2024, 11:10
Nebenzya: Ukraynanın NATO-ya üzvlüyü qəbuledilməzdir və sülh planlarının bir hissəsi ola bilməz
18-07-2020, 11:14
Neft ucuzlaşıb
31-12-2021, 15:31
Ağdamda ekskovator minaya düşüb, sürücü xəsarət almayıb
15-06-2021, 10:17
Nazir Rəşad Nəbiyevə yeni müavin təyin olunub

















