Saytımızı qiymətləndirin


 
 

Bərbərxana və gözəllik salonlarının fəaliyyətinə dair qaydalar müəyyənləşib
Tarix: 02-05-2020 | Saat: 15:39
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Pandemiya dövründə bərbər və gözəllik salonlarının fəaliyyətinə dair qaydalar müəyyənləşib. 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Baş Dövlət Sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. 

 

Qaydalarda bildirilir:

- Onlayn növbə qəbul sisteminin tətbiqi;

- Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;

- İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;

- Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;

- Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;

- Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;

- Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;

- Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;

- Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;

- Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.



Xəbəri paylaş

495 dəfə oxunub.

Digər xəbərlər