Saytımızı qiymətləndirin


 
 

Səid Xətibzadə: “Qonşu ölkələrlə xüsusi ilə bank və maliyyə sahələrində ciddi dəyişikliklər baş verib”
Tarix: 12-12-2021 | Saat: 13:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Səid Xətibzadə

Sanksiyaların təsirinin azaldılması ilə bağlı yaxın günlərdə xoş xəbərlər olacaq.

Qarabaginfo.az-ın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə qonşu ölkələrin diplomatik nümayəndələrinin Tehranda keçirilən iclası ilə bağlı açıqlamasında deyib.

S.Xəribzadə deyib ki, Vyanada sanksiyaların ləğvi ilə bağlı müzakirələrin davam etdirilməsi ilə yanaşı sanksiyaların təsirinin azaldılması üçün də çalışırıq, bu məqsədlə qonşu ölkələrlə əlaqələrimizi artırırıq: "Qonşu ölkələrlə xüsusi ilə bank və maliyyə sahələrində, eləcə də ixracın inkişafında ciddi dəyişikliklər baş verib və bu sahədə işlər davam etdirilir".

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin yaxın gələcəkdə qonşu ölkələrə səfərinin planlaşdırıldığını deyən S.Xətibzadə bildirib ki, qonşu ölkələrimizlə əməkdaşlığı artırmaq üçün 20 illik yol xəritəsi və proqramı hazırlanır. "Artıq Rusiya ilə əməkdaşlığın inkişafı üçün 20 illik yol xəritəsi və kompleks proqram hazırlanıb və yaxın vaxtlarda bu proqramın icrasına başalanacaq."



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər