Saytımızı qiymətləndirin


 
 

Gənc məmurların yol verdikləri nöqsanlar - Nəyi yanlış edirlər?
Tarix: 25-01-2022 | Saat: 14:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Son günlər bəzi gənc məmurlar barədə müxtəlif tənqidi fikirlər səsləndirilir. Bildirilir ki, xaricdə yüksək təhsil almalarına baxmayaraq, bir çox gənc kadrlar öz vəzifələrini doğru-düzgün yerinə yetirə bilmir, vətəndaşlarla ünsiyyətdən qaçırlar.

 

Yüksək vəzifəyə gətirilən gənclər nəyi doğru, nəyi yanlış edirlər?

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Qarabaqinfo.az-a bildirib ki, tanışlıqla vəzifəyə gətirilmə kadr təyinatının əsas problemidir.

 

“Bu problemlər köhnədən qalıb. Zaman-zaman geniş müzakirələrə səbəb olub, müxtəlif fikirlər səsləndirilib. Hətta bir müddət əvvəl daha çox hökumət tənqid olunurdu ki, kabinetlər yaşlılardan ibarətdir. Əlbəttə, savadlı kadrlar prosesə cəlb olunmalıdır, çünki onlar enerjilidir və onların bu gün işləmək üçün imkanları daha genişdir. Təbii ki, biz yaşlı nəslin təcrübəsindən maksimum istifadə etməliyik. Hesab edirəm ki, vəzifəyə baxışdan çox şey asılıdır. Hər kəs başa düşməlidir ki, vəzifə yüksək məsuliyyət və etimad deməkdir. Cənab Prezident gənc nəsilə üstünlük verilməsi, şərait yaradılması istiqamətində qərar qəbul etdi və bu gün əsas məsuliyyət gənclərin üzərinə düşür. Bu kadrlar seçilərək təqdim olunur və onların hansısa sahədə çalışmasının məqsədəuyğun olduğu bildirilir. Gənc kadrlar təyin olunarkən aidiyyatı qurumlar kadrın vəzifəyə nə qədər uyğun olduğunu ciddi düşünməlidir. Köhnədən qalmış ənənələr var ki, tələbə yoldaşı, sinif yoldaşı, qohum-əqrəba işə gətirilir, bunlara artıq son qoymalıyıq. Vəzifə təyinatının əsas problemlərindən biri də məhz budur. Prinsip olaraq savad, bilik məsələsini önə çəkməliyik, lakin digər məqamlara da diqqət yetirməliyik”.

 

 

Deputatın sözlərinə görə, gənc məmurlar cəmiyyətlə ünsiyyətə geniş yer verməli, insanları yanında olmalıdır:

 

“Bir şəxsin xarici dil bilməsi üstünlükdür, amma vəzifəyə təyin olunan insanın təşkilatçılıq qabiliyyəti, təcrübəsi mütləq nəzərə alınmalıdır. Kommunikasiya əsas məsələlərdən biridir, yüksək vəzifəyə təyin olunan insanlar vətəndaşlarla daha çox əlaqədə olmalıdır. Bəzən bir qərar qəbul olunur, qərar düzgündür, ancaq geniş şərhinə ehtiyyac olur. Gənc məmurlarımız bunu daha yaxşı dərk etməlidirlər. Kommunikasiya önəmlidir ki, ictimaiyyət vaxtında bilgiləndirilsin, yanlış anlaşılma olmasın. Ümumiləşdirmək olmaz ki, bütün gənclər belədir, ancaq belə hallara da rast gəlinir. Yaşlı nəsil öz biliyini və təcrübəsini gənclərlə bölüşməlidir. Bəzən hansısa sahədən anlayışı olmayan, savadı olmayan biri nazirlikdə yüksək vəzifəyə təyin olunur və bütün sistemi pozur. Vəzifəyə gələn kimi hamını işdən çıxarır. Axı dövlət qurumunda müəyyən ənənələr var, yeni rəhbər işin içinə girməldir, proseləri araşdırmalı və təhlil etməlidir. Bundan sonra fəaliyyətdə nöqsan varsa, dəyişiklik edilə bilər. Təcrübəli kadrları işdən azad edib, yerinə kifayət qədər təcrübəsiz birini təyin etmək məmurların ən böyük səhvidir”.(modern.az)



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər