Saytımızı qiymətləndirin


 
 

Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib
Tarix: 14-05-2022 | Saat: 06:40
Bölmə:Karusel / Region | çapa göndər

Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib

Latviya Rusiyanın 100-dən çox vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.

Qarabaginfo.azxəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç tviter səhifəsində bildirib.

Giriş qadağası qeyri-müəyyən müddətə tətbiq edilir, siyahıya Rusiyanın bir sıra mədəniyyət nümayəndələri daxildir.

Ümumilikdə siyahıya 102 nəfər əlavə olunub.

Mayın 9-da Rinkeviç Filipp Kirkorov, Vladimir Vinokur, Yevgeni Petrosyan və İrina Viner-Usmanovanın Latviyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.



Xəbəri paylaş

1314 dəfə oxunub.

Digər xəbərlər
31-10-2022, 14:39 Noyabrda hava necə olacaq?