Saytımızı qiymətləndirin


 
 

Kredit faizləri niyə yüksəkdir? - RƏSMİ CAVAB
Tarix: 12-06-2023 | Saat: 12:20
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Kredit faizləri niyə yüksəkdir? - RƏSMİ CAVAB

 

Bank faizlərinin formalaşması dörd amildən ibarətdir. İlk növbədə bu gün depozit faizləri 6-8 %-dirsə, bu, bankın verəcəyi kreditin maya dəyərinin ən azı 6-8 %-ni təşkil edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

 

“Bundan əlavə bankın əməliyyat xərcləri var, o da 1-2 % arası olanda faizlər artır. Üstəgəl bankın marjası da var. Məndən soruşsanız ki, belə olmalıdırmı, deyərəm, yox. Mən də başa düşürəm ki, faizlər yüksəkdir. Keçən dəfə ABŞ-la müqayisə aparıldı. Axı ABŞ-da biznesin xalis mənfəəti bizdəki kimi 15 % deyil, orda aşağıdır. Biz faizləri aşağı salmaq üçün depozitlərimizi aşağə salmalıyıq. Amma etiraf edək ki, 4-5 %-lə depozit qoyan olmayacaq”, - deyə Mərkəzi Bank sədri bildirb.



Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər