Ukraynasız Ukrayna ilə bağlı danışıqlardan söhbət gedə bilməz.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Ukraynanın Krımla bağlı Rusiya Federasiyası ilə müəyyən şərtlərlə danışıqlara hazır olması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bidirərkən deyib.
“Yalnız prezident Zelenski hansı kontekstdə və nə ilə bağlı danışıqlara hazır olub-olmadığını və ya nə vaxt hazır olduğunu müəyyən edə bilər. Biz hesab edirik ki, Ukraynasız Ukrayna ilə bağlı danışıq aparıla bilməz”, – Kirbi Vaşinqtonda keçirdiyi brifinq zamanı bildirib. (Ukrinform)