Saytımızı qiymətləndirin


 
 

COVID-19 xəstəsi sərxoş halda avtomobil sürərkən saxlanıldı - Video
Tarix: 05-10-2021 | Saat: 11:18
Bölmə:Karusel / Region | çapa göndər

COVID-19 xəstəsi sərxoş halda avtomobil sürərkən saxlanıldı

 

Şəkidə aktiv koronavirus xəstəsi sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, “VAZ-2106” markalı avtomobilin sürücüsü, rayon sakini Akif Seyidovun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi aşkarlanıb.

Yoxlama zamanı onun həm də aktiv koronavirus xəstəsi olduğu və yaşadığı ünvanı tərk etdiyi məlum olub. Həmin şəxslə izahedici söhbətlər aparılıb və A.Seyidovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

https://ok.ru/video/2842288392810



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər