Saytımızı qiymətləndirin


 
 

Buraxılış imtahanlarının sualları necə hazırlanıb: asan, yoxsa çətin?
Tarix: 07-03-2024 | Saat: 10:56
Bölmə:Karusel / Təhsil | çapa göndər

Buraxılış imtahanlarının sualları necə hazırlanıb: asan, yoxsa çətin?

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də respublikanın 30 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda 52 mindən çox şagird iştirak edib.
Martın 4-dən etibarən DİM-də cavab vərəqlərinin emalına başlanılıb. Nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, ilk dəfə olaraq sual kitabçaları imtahan zalını tərk edən abituriyentlərin özlərinə verilib. Bu isə sualların səviyyəsini qiymətləndirməyə imkan yaradıb.

 

Bəs imtahan suallarının səviyyəsi necə olub?  Şagirdlərin razı və narazı qaldığı məqamlar hansılardı? 
Ümumən ötənilki imtahanla builki imtahan arasında hansı fərqlər var?

 

 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev modern.az-a açıqlama verib. 


O bu il imtahan suallarının normal olduğunu söyləyib:

 

"Ötən il buraxlış imtahanlarında ciddi nöqsanlar oldu. Təbii ki, biz də öz iradlarımızı bildirdik. Ancaq bu il ötən illə nisbətdə kifayət qədər asan, amma düşündürücü suallar düşmüşdü.  
Mən deyərdim ki, bu imtahandan narazı olan varsa, o, demək olar ki, heç buraxlış imtahanına hazırlaşmayıb. 
Hazırlaşmadığı üçün də öz şikayətini bildirir. Bu il suallar ötənilki imtahanla müqayisədə xeyli asan olub. Ötən il buraxlış imtahanında həm sualların çətinliyi, həm qarışıq olması, həm də yoxlanılması qaydasında bəzi nöqsanlar var idi". 


Adil Vəliyev hesab edir ki, Dövlət İmtahan Mərkəzinin iradları nəzərə alması yaxşı haldır:


"Əsas məsələ budur ki, suallar keçirilən proqramlar əsasında hazırlanıb. Sualın çətinliyindən çox sualın düşündürücü olmasına fikir verilib. Suallar bu nüanslar əsasında tətbiq edilib. Bu yaxşı haldır.
Ümid edirəm ki, ayın 10-da keçiriləcək imtahan da normal keçəcək və şagirdlərimiz haqq etdikləri nəticəni əldə edə biləcəklər".



Xəbəri paylaş

1148 dəfə oxunub.

Digər xəbərlər