Tarix: 09-09-2020 | Saat: 10:50
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
2019-cu ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin və müsabiqədə iştirak edən subbakalavrların ümumilikdə 51.65%-i (abituriyentlərin 55.21%-i, subbakalavrların 30.38%-i) ali təhsil müəssisələrinə qəbul olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.
Qeyd edilib ki, qəbul olanların 42.51%-i dövlət sifarişi əsasında (96.72%-i abituriyentlər, 3.28%-i subbakalavrlar), o cümlədən, 41.05%-i dövlət (97.07%-i abituriyentlər, 2.93%-i subbakalavrlar), 1.46%-i özəl (86.99%-i abituriyentlər, 13.01%-i subbakalavrlar) ali təhsil müəssisələrində, 57.49%-i isə ödənişli təhsil forması üzrə (87.76%-i abituriyentlər, 12.24%-i subbakalavrlar), o cümlədən, 44.63%-i dövlət (91.66%-i abituriyentlər, 8.34%-i subbakalavrlar), 12.87%-i özəl (74.24%-i abituriyentlər, 25.76%-i subbakalavrlar) ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Beləliklə, imtahanda iştirak edən abituriyentlərin 44.79%-i (30975 nəfər) ali təhsil müəssisələrinə qəbul olmayıb.
Digər xəbərlər